Kiyev "Dinamo"sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın vəziyyətini və "Qarabağ"ın oyununu qiymətləndirib:
- PAOK-la matçdakı məğlubiyyətdən sonra komandada vəziyyət necədir? Buraxılan səhvləri aradan qaldırmaq üçün hansı addımlar atılır?
- PAOK-la oyundan sonra əsas məqsədimiz nəticə çıxarmaq və komandanın buraxdığı səhvlərə necə reaksiya verəcəyini görməkdir. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların onlardan düzgün nəticə çıxarmasıdır. Oyundan-oyuna inkişaf etməliyik və köhnə səhvləri təkrarlamamalıyıq. Ümid edirəm ki, buna nail olacağıq.
- "Qarabağ"ın gücünü necə dəyərləndirərdiniz?
- "Qarabağ" heç də asan rəqib deyil. Onlar ötən mövsüm Çempionlar Liqasında çıxış ediblər və kifayət qədər güclü komandadırlar. Biz isə öz gücümüzə inanırıq, rəqibi dərindən təhlil edir və inkişaf etməyə çalışırıq. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik.
- Komandadakı zədəli futbolçuların durumu və heyətlə bağlı son vəziyyət barədə nə deyə bilərsiniz?
- Aleksandr Timçik artıq komandaya qoşulub. Konstantin Vivçarenko isə hələ də zədəsini sağaldır. Kirill Osipenko, Vladislav Zaxarçenko və Denis Popov hazırda Kiyevdə bərpa prosesi keçirlər. Həmçinin Nikolay Mixaylenko da ümumi qrupla məşq etmir. Digər futbolçuların hamısı isə hazırlıq prosesində tam iştirak edir və oyuna hazırdırlar.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları