Qəbələdə təlim-məşq toplanışında olan Qətərin 2-ci liqa təmsilçisi "Əl-Xaraitiyat"ın tanınmış futbolçusu Presnel Kimpembe komandasının hazırlığını dəyərləndirib.
QOL.az xəbər verir ki, Fransa millisinin və PSJ-nin keçmiş müdafiəçisi "Qəbələ" klubunun mətbuat xidmətinə açıqlama verib.
O, həm hazırlıq prosesindən, həm də Qəbələ ilə bağlı təəssüratlarını bölüşüb: "Hazırlıq yaxşı gedir. Təlim-məşq toplanışındayıq. Məşq meydançalarının vəziyyəti çox yaxşıdır. Daha əvvəl burada olmamışdım. Bu, Qəbələyə ilk səfərimdir. Bura gələnə qədər Qəbələ haqqında geniş məlumatım yox idi" – deyə Kimpembe bildirib.
30 yaşlı müdafiəçi Qəbələdə yaradılan şəraitdən razılığını da ifadə edib: "Burada hər yer bir-birinə yaxındır. Oteldən məşq meydançasına cəmi bir dəqiqəyə çatırıq. Bu da bizə rahat şəkildə hazırlıq keçməyə və bütün diqqətimizi məşqlərə yönəltməyə imkan verir. Meydançaların vəziyyəti də əladır. İnanıram ki, komandamla birlikdə burada yaxşı işlər görə bilərəm".
Fransa millisi ilə dünya çempionu, PSJ ilə Çempionlar Liqasının qalibi olan Kimpembe zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağına inandığını da qeyd edib: "Əgər qayıda biləcəyimə inanmasaydım, futbolu davam etdirməzdim. Özümə, komandama və məşqçilər heyətinə güvənirəm. Hər kəs mənə dəstək olmağa çalışır. Mən də bu etimadın qarşılığını meydanda ən yaxşı şəkildə verməyə çalışıram".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?