FİFA prezidenti Canni İnfantinonun Avropa Superliqasının FİFA Superliqası adı altında yenidən brendləşdirilməsi ilə bağlı gizli danışıqlar apardığı məlum olub.
QOL.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, tərəflər hələ 2020-ci ilin oktyabrında ilkin razılaşma layihəsi hazırlayıblar. Danışıqlar o qədər irəliləyib ki, ən azı 12 ili əhatə edəcək əməkdaşlıq və turnirin kommersiya fəaliyyətini idarə edəcək birgə təşkilatın yaradılması nəzərdə tutulub.
Layihəyə əsasən, FİFA Superliqasında 15 daimi iştirakçı və mövcud turnirlərdən vəsiqə qazanacaq daha 5 klub çıxış etməli idi. Eyni komandaların iştirakı ilə qadınlar arasında analoji yarışın təşkili də planlaşdırılıb.
Sənəddə FİFA-ya Superliqada xüsusi pay ayrılması nəzərdə tutulurdu. Bu, quruma turnirin formatı, təqvimi, həmrəylik ödənişlərinin bölgüsü və baş icraçı direktorun təyinatı ilə bağlı qərarlar vermək səlahiyyəti qazandıracaqdı.
Bundan başqa, genişləndirilmiş Klublararası Dünya Çempionatının "qlobal klub turniri" adlandırılan variantının hər il üç həftə ərzində pley-off formatında keçirilməsi və Superliqa ilə əlaqələndirilməsi planlaşdırılırdı.
Məlumata görə, yeni turnirlərin hər il FİFA Konqresi və FİFA Şurası tərəfindən təsdiqlənməsi nəzərdə tutulsa da, milli assosiasiyalar planın hazırlanmasında iştirak etməyiblər. Bildirilir ki, Canni İnfantino layihədə şəxsən iştirak edib və onun inkişafından tam məlumatlı olub.
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə
Nə qələbə var, nə heç-heçə, nə hücum var, nə müdafiə...
Runi məşhur realiti-şouya qatılacaq
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
“Barselona” azarkeşlərinə “Kamp Nou”da əbədi yer ayırır
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Zidan “Yuventus”un baş məşqçisi olmaq istəyir
Millimizin üzvləri arasında maraqlı yazışma
Ronaldo yeni serialını çəkməyə başladı
Oteldə məşhur idmançılar arasında kütləvi dava - Video
ABŞ dünya çempionatından imtina etdi
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
“İnfantino psixiatriya şöbəsinə göndərilməlidir” - Blatter
Qvardiola ABŞ millisində?
Azərbaycan şahmatçısı Avropa çempionu oldu
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə