Vüsal KL matçında oynadı, komandası qalib gəldi

Vüsal KL matçında oynadı, komandası qalib gəldi
AVROKUBOKLAR 24 İyul 2026 / 09:00 557
-  A +

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovanın "Malişeva" klubu öz meydanında Şotlandiya təmsilçisi "Hibernian"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə - hesab 1:0 olarkən əvəzlənib.  "Malişeva"nın qollarını Kreşnik Uka (21) və Valmir Nafiu (90) vurub.

Komandalar arasında cavab matçı iyulun 30-da Şotlandiyada keçiriləcək.

Daha çox


Son xəbərlər
23.07.26  12:38

Avropada 10-cu qol

topaz banner