Azərbaycanın vitse-çempionu “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.
QOL.az xəbər verir ki, Qurban Qurbanovun komandası 2-ci təsnifat mərhələsində Bolqarıstan SSKA-sı ilə qarşılaşacaq. Oyunlar iyulun 23-də Bakıda, 30-da isə Sofiyada keçiriləcək.
Bununla yanaşı, iyulun 20-də Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. haqqin.az saytı yazır ki, “Qarabağ” – SSKA cütlüyü Ağdam təmsilçisinin yüksək reytinqinə (42,750) görə səpələnmişlər sırasında yer alacaq.
“Qarabağ” Bolqarıstan klubunu mübarizədən kənarlaşdıracağı halda, 3-cü mərhələdə aşağıdakı rəqiblərdən biri ilə qarşılaşa bilər:
“Yagelloniya” (Polşa);
“Makkabi” (Təl-Əviv, İsrail) – “Şerif” (Moldova) cütünün qalibi;
“Hammarbü” (İsveç) – “Anderlext” (Belçika) cütünün qalibi;
“Pafos” (Kipr) – “Hayduk” (Xorvatiya) cütünün qalibi;
“Tromse” (Norveç) – “Hradets Kralove” (Çexiya) cütünün qalibi;
Çempionlar Liqasındakı “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu;
* Çempionlar Liqasındakı “FənərbaxçA” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Komandanın həmin mərhələdəki 12 mümkün rəqibindən dördü artıq məlumdur. Bunlar Belçikanın “Sent-Trüyden”, Türkiyənin “Trabzonspor”, Yunanıstanın OFİ və Norveçin “Lillestrem” klublarıdır.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi
Mourinyo "Real"da rəsmən təqdim olundu - Şəkillər
Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video
Seneqal millisini çalışdıracaq
"Sabah"ın rəqibində iki ayrılıq
"Qalatasaray" rus futbolçunun transferini həll etdi
"Hapoel”də “Sabah” həyəcanı
“Borussiya” Vermanı transfer etdi
Brunodan "Mançester Yunayted"ə rədd cavabı
Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?
Azərbaycanda ən çox azarkeş bu oyuna gəldi
Çalhanoğlu ən yaxşı komanda yoldaşlarını açıqladı
"Nyukasl" Dediçi transfer etdi
Yankoviç "Qarabağ"da qalacaqmı? - Özü açıqladı
Azərbaycandan Boliviya klubuna getdi
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
PSJ-dən “Liverpul”a
“Qarabağ”ın sol cinahı sıradan çıxıb! - Şərh
Tanınmış futbolçu ərəb klubuna keçdi
"Barselona"dan "Ayaks"a - Rəsmi
Superliqada tura heç-heçə ilə yekun vuruldu
Güləşçilərimizdən iki medal - Dünya çempionatı
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov