Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın D qrupunun son turunda ABŞ üzərində qazanılan 3:2 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, matçdan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis komandasının mundialı qələbə ilə başa vurmasından məmnun qaldığını bildirib:
“90+8-ci dəqiqədə Kaan Ayhanın və hamımızın sevincindən son bir həftədə bu oyuna necə hazırlaşdığımız görünürdü. Bu komanda buna (qrupda qalmağa - red.) layiq deyildi. Prezidentimiz və futbolçularımız üçün yaxşı oldu. Hamı kövrəldi, mən də… Mundialı başımız uca tərk etmək istəyirdik. Buna nail olduğumuz üçün xoşbəxtəm”, - deyə Montella bildirib.
O, komandanın xarakter nümayiş etdirdiyini vurğulayıb:
“Əgər nə etdiyimizi bilməsəydik, bu oyunu geri çevirə bilməzdik. İlk dəqiqələrdə qol buraxdıq, amma yenə də qələbə qazandıq. İlk iki oyunda da yaxşı çıxış etmişdik, sadəcə futbol bəzən belə olur. Bu qələbəyə görə çox sevinirəm. Bu qədər hücuma məruz qalmağa layiq olduğumuzu düşünmürəm. Ona görə də bu gün yenidən ayağa qalxmaq vacib idi”.
Türkiyə millisinin gələcəyi ilə bağlı nikbin danışan mütəxəssis bunları əlavə edib:
“Komandamız böyük təzyiq altında idi. Buna baxmayaraq, futbolçular çox yaxşı reaksiya verdilər. Psixoloq deyiləm, amma imkanım daxilində onlara dəstək olmağa çalışdım. Bu komanda xarakterini və gücünü göstərdi. Bir daha dünya çempionatına qatılmaq üçün 24 il gözləməyəcəyik”.
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi