"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 32-ci turunda "Sabah"a qalib gəldikləri matç (2:1) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi qarşıya qoyulan ilkin hədəfə çatdıqlarını vurğulayıb:
"Düşünürəm ki, bu, bizim üçün çox gözəl axşamdır. Qarşımıza qoyulan maksimum tapşırığın öhdəsindən layiqincə gəldik və hədəfimizə çatdıq".
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandıraraq gələcək hədəflərə aydınlıq gətirib:
- Komandaya gələrkən "Neftçi" avrokuboklar zolağından kifayət qədər uzaq idi. Bu işi üzərinizə götürərkən əmin idiniz ki, bu işin öhdəsindən gələcəksiniz?
- Mən Bakıya gələndə rəhbərlik tərəfindən qarşıma qoyulan əsas məqsəd "Neftçi"nin avrokuboklarda çıxış etməsini təmin etmək idi. Düzdür, həmin ərəfədə dördüncü pillədən çox uzaqlaşmışdıq. Amma bunun reallaşdırılmasının mümkün olduğuna inanırdım. Gəldikdən iki matç sonra çempionatda yaranan fasilə bizim karımıza gəldi. Həmin müddətdən maksimum yararlanaraq oyunçularımı daha yaxından tanımaq, potensiallarını görmək şansım oldu. İndi sizə səmimi qəlbdən deyirəm ki, bu gün mən çox xoşbəxt insanam.
- Motivasiya amili öz yerində, ancaq baş məşqçi komandada əsas olaraq nəyi dəyişdi ki, bu cür uğurlu seriya başladı?
- İlk növbədə işə hər bir futbolçu ilə fərdi söhbətlər aparmaqla başladım. Daha sonra komanda daxilindəki nizam-intizamı tam qaydasına saldıq. Biz dərk etməli idik ki, "Neftçi"yik və hər bir matçda meydana birinci nömrə kimi çıxmalıyıq. Ən azından bu çempionatın ən güclü komandaları olan "Qarabağ" və "Sabah" səviyyəsində görünməli idik. Mən öz oyunçularıma inandım, onlar da mənə güvəndilər. Fürsətdən istifadə edib klubun bütün işçi heyətinə də dərin təşəkkürümü bildirirəm, onlar da bu müddətdə əllərindən gələnin ən yaxşısını etdilər. Rəhbərliyə isə xüsusi minnətdaram, çünki hər zaman yanımızda oldular. Belə nəticələrin əldə edilməsində birlik amili həlledici rol oynayır və qələbəmizin əsas təminatçısı da məhz budur.
- Mövcud heyətlə avrokuboklarda istənilən uğuru qazanmaq mümkündürmü?
- Hazırda bəzi futbolçuların müqavilə müddəti başa çatır, bəzilərinki isə hələ davam edir. Bütün bu məsələləri yalnız mövsüm tam bitdikdən sonra ətraflı şəkildə dəyərləndirəcəyik. Təbii ki, komandaya yeni nəfəs lazımdır. Heç istəməzdim ki, avrokuboklarda cəmi bir mərhələ oynayıb məğlubiyyətlə geri dönək. Qarşıda bizi həddindən artıq böyük və ciddi işlər gözləyir. Yeni hədəflərə çatmaq üçün hər kəs əvvəlkindən daha çox çalışmalıdır.
DÇ-2026: Günün oyunları
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
FİFA-ya qarşı 1 milyard dollarlıq iddia
"Qalatasaray"ın futbolçusu Şimali Makedoniya millisini seçdi
Almaniya millisini Klopp çalışdıracaq?
"Mançester Siti" ən bahalı transferini açıqladı
Van Qal istefa verdi
Məşhur futbolçu 41 yaşında karyerasını başa vurdu
Səlahət Ağayevlə bağlı qərar açıqlandı
"İmişli" onun müqaviləsini uzatmadı
"Kəpəz"də daha bir ayrılıq - Rəsmi
Çempionşipin ən yaxşı futbolçusu "Everton"a keçdi
"Bavariya" Ceksonla yolları ayırdı
"Tottenhem"dən 99 milyon avroluq transfer
Tanınmış futbolçu milli karyerasını başa vurdu
“Ferensvaroş”un baş məşqçisi “Qarabağ”la oyundan danışdı
Keysuke Honda Yaponiya millisinin baş məşqçisi ola bilər
“Araz-Naxçıvan” ÇL-nin B yolunda
Messini gülüşə boğan yoxlama - Video
Mətbuat konfransında atasının ölüm xəbərini aldı - Video
"Şəfa"dan daha bir legioner transferi
“Sumqayıt” Adil Şükürovu akademiya direktoru təyin etdi
Dünya çempionatları tarixinin ən gec qolu vuruldu
Mundialda meydana girən azarkeş şou göstərdi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
ABŞ-ı 1/8 finala yüksəldən qələbə - Video
Kabo-Verde prezidenti: “Argentinanı 1:0 məğlub edə bilərik”
ABŞ - Bosniya və Herseqovina oyununun ən yaxşısı odur
“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
DÇ-2026-da 1/8 finalın müəyyənləşən - 5 cütü
Belçikadan inanılmaz geridönüş! - Video
Belçika möhtəşəm geridönüşlə 1/8 finalda - Yenilənib
Keyndən dubl, İngiltərədən geridönüş - Video
"Sabah" kurasaolu futbolçu transfer etdi