"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda "İmişli"yə qalib gəldikləri matçdan (3:0) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi komandasında motivasiyanın qaydasında olduğunu vurğulayıb:
"Futbolçularımı bu vacib qələbə münasibətilə təbrik edirəm. Bununla da Avropa Liqasına vəsiqəni rəsmiləşdirdik. Bəlkə də meydanda nümayiş etdirilən oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxmağı bacaran komanda var idi. Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini söyləyə bilmərəm. Lakin komandanın motivasiyası yerində idi və məhz bunun sayəsində inamlı qələbə əldə etdik. Stadionda bizimlə olan hər kəsə minnətdaram. Eyni zamanda "İmişli"yə də xüsusi təşəkkür düşür. Premyer Liqada ilk illəri idi, lakin buna baxmayaraq, mövsüm ərzində çox yaxşı təsir bağışladılar".
- Mətbuatda Kipr klubunda çıxış edən futbolçu ilə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?
– Hazırda heç bir futbolçu ilə rəsmi razılaşmamız yoxdur. Bir çox oyunçu ilə danışıqlar aparırıq. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.
- Komandanın Çempionlar Liqasında, yaxud Avropa Liqasında çıxış etməsi klubun transfer fəaliyyətinə və futbolçuların qərarına təsir göstərirmi?
- Məncə, etmir. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar.
- Musa Qurbanlının zədəsi avrokubok oyunlarına kimi sağalacaq?
- Ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimal, belə olacaq.
- Bədavi Hüseynova yeni müqavilə təklif olunacaq?
- Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?