"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı"ya məğlub olduqları matç (2:3) haqda danışıb.
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi ikinci hissədəki geri dönüşə baxmayaraq buraxılan həlledici qola görə təəssüfləndiyini bildirib:
"Birinci hissədə pis oynadıq. Hakim barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Fasilədən sonra daha aqressiv çıxış edərək hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüflər olsun ki, yekunda üçüncü qolu buraxdıq".
- Ötən tur avrokuboklara vəsiqəni təmin etdiniz. Buna görə futbolçularda arxayınlıq yox idi?
- Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.
- Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədir?
- İlk hissədəki oyunla müqayisədə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.
- Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?
- Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı.
- Transferlə bağlı nə planlarınız var?
- Axtarışlar davam edir. Amma hələ ki yekun nəticə yoxdur.
- Neçə oyunçu transfer etməyi düşünürsünüz?
- Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?