"Karvan-Yevlax" Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Buna görə də futbolçuları motivasiya etmək çox çətin idi. Onları başa düşürəm. Amma oyuna hazır olmaq üçün çalışdılar. Bilirdik ki, gərgin matç olacaq. Evdə qalib gəlmək istəyirdik. Bunun üçün imkanımız var idi. Hesabda önə keçdik. Xırda səhvlərdən "Qəbələ" bizə qol vurdu. Rəqibi təbrik edirəm. Premyer Liqa səviyyəsində hər detala diqqət etmək lazımdır. Çox məyusam. Amma nə etmək olar? Həyat davam edir. Futbolçular isti havada əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm.
- Birinci hissə sönük keçdi. Fasilədə futbolçulara hansı tapşırıqları verdiniz?
- Birinci hissədə hücumda kəsərli oynaya bilmirdik. "Qəbələ"nin müdafiəçilər hücumlarımızın qarşısını çox asanlıqla alırdılar. İkinci hissədə dəyişikliklər etdik. Bundan sonra hücumda daha kəsərli olduq. Bu hücumların birində qol vurduq. Təəssüflər olsun ki, dərhal iki qol buuraxdıq.
- "Karvan-Yevlax"ın baş məşqçisi vəzifəsində qalacaqsınız?
- Çempionat davam etdiyi üçün rəhbərliklə bu barədə danışığımız olmayıb. Mövsüm bitdikdən sonra danışacağıq. Mayın sonuna qədər klubla müqaviləm var. Sona qədər işimi vicdanla görəcəyəm. Ondan sonra yəqin ki, rəhbərliklə görüşümüz olacaq. Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, burada qala bilərəm. Olmayacaqsa, digər təklifləri dəyərləndirməyə məcburam.
- Təklifiniz var?
- İndi bu haqda danışmaq düzgün olmaz. Hazırda klubla müqaviləm var. Təkliflər haqda danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Klubla danışıqlarımız uğurlu olsa, işimə davam edəcəyəm.
- Növbəti mövsümün planlarını qurmaq üçün gecikmirsiniz?
- Elə düşünmürəm. Hələ bir oyunumuz qalıb. Sona qədər oynamalıyıq. Futbolçuların mayın sonuna qədər müqaviləsi var. Hamı borcunu vicdanla yerinə yetirməlidir. Mövsüm bitdikdən sonra hər şey rəhbərliyin istəyindən asılı olacaq.
- Komandada 1-ci liqada oynamaq istəyən futbolçular var?
- Futbolçulara cəlbedici təklif etsək, oynayarlar. İddia olan yerdə qalmaq istəyərlər.
- Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundurlar?
- Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarda münasibətim hər zaman yaxşı olub. Hansısa oyunçu əsas heyətdə olmayanda soyuqluq yarana bilər. Bu münasibəti istiləşdirmək üçün maksimum çalışırıq. Ambisiyalı adamam, uğura acam. Heç vaxt bu qədər məğlub olmamışam. Qəbul edə bilmirəm. Keyfiyyət fərqini anlayıram. Amma yenə də futbolçuları qələbə üçün kökləyirəm.
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər