"Kəpəz"i təbrik etmək istəyirəm. Bu qalibiyyət onlar üçün çox böyük uğur idi, çox böyük qələbə idi. Bu gün nəsə çox şey demək istəmirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 31-ci turunda "Kəpəz"ə uduzduqları matçdan (0:1) sonra təşkil olunan mətbuat konfransında söyləyib.
"İlk hissədə daha çox dominant, daha yaxşı oynayan tərəf biz idik. Sadəcə künc zərbələrindən 3-4 qol fürsətimiz oldu ki, "Kəpəz"in qapıçısı çox yaxşı çıxış etdi, qol vurmağımıza imkan vermədi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Amma bundan sonra oyun ritmimiz kifayət qədər düşdü. Daha sonra anlaşılmaz səhv buraxdıq. Belədə, rəqib də fərqləndi. "Kəpəz" öz qapısına tərəf çəkildi. Hücumlar zamanı səbirli olmalıydıq, amma bəzən tələsirdik. Bütün bunlara unutmalıyıq. Düzdür, bir balaca üzgünük. Çünki uzun müddətdir məğlubedilməzliyimiz var idi. Amma üzülməyə vaxt yoxdur. Qarşıdakı vacib final oyununa hazırlaşmalıyıq".
O, "Demək olar ki, bəzi futbolçuların fikri kubokun final matçında idi? Bu, onların performansına təsir etmişdi" sualını cavablayıb:
"Əlbəttə ki, müəyyən mənada fikrinizlə razıyam. Bu gün daha çox az oynayan futbolçularımıza şans verdik. Müəyyən mənada risk etmək də istəmədik. Çünki zədəlilərimiz ola bilərdi. Amma onlar da bu gün göstərməliydilər ki, öz keyfiyyətli necədir, nə edə bilərlər. İstədiklərimizə bu gün müəyyən mənada müvəffəq ola bilmədik. Amma onların davranışından, göstərdikləri cəhdlərdən şikayət edə bilmərəm. Adicə bir oyunçunu dəyişəndə, komandada dinamika necə düşür... Təsəvvür edin, 5-6 oyunçu dəyişirsən. Bu isə asan deyil. Əgər bu gün meydana çıxan heyət 5-6 oyun ardıcıl birlikdə çıxış etsəydilər, fərqli mənzərəyə şahid olardınız. Sabah bərpa məşqimizi keçəcəyik. İnkişaf etdirməli olduğumuz məsələlər üzərində işləyib, çərşənbə günü keçiriləcək matçı izləyəcəyik.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video