"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 31-ci turunda "Sabah"a qalib gəlməkləri (1:0) barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında qapıçısı Yusif İmanova və azarkeşlərə təşəkkür edib:
"Sabah"ı çempionluq münasibətilə təbrik edirəm. Allah qoysa, Azərbaycanı Avropada yaxşı təmsil etsinlər. Oyuna gəldikdə, "Sabah" kimi komandaya qarşı meydana çıxmışdıq. 22 oyun idi ki, uduzmurdular. Çox matçda da oyunun müqəddəratını birinci hissədə həll etmişdilər. Bu gün bir az bəxtimiz gətirdi. Yusif İmanova təşəkkür edirik ki, ən yaxşı oyunlarından birini oynadı. Düşünürdük ki, "Sabah" dəyişikliklərə gedəcək. Çünki 5 gündən sonra oyunları var. Şükürlər olsun ki, planlaşdırdıqlarımız baş verdi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Hər bir futbolçuya minnətdaram. Gəncədən gələn azarkeşlərə bir daha təşəkkür edirəm".
O, "Bir mövsümdə iki çempionu məğlub edən komandasınız. Amma autsayderə uduzmusunuz. Bunu nə ilə bağlayırsınız" sualını belə cavablayıb: "Fikir verirsinizsə, heyətdə böyük dəyişikliklər edə bilmirik. Çempionatda 12-13 nəfərlə oynadıqda, eniş də olacaq. Fiziki və psixoloji tərəfi də var. Ən pisi o idi ki, dəyişiklik edəndə oyunu gücləndirə bilmirdik. uduzduğumuz 4 oyunda da elə oldu ki, heyətdə futbolçular yox idi. Biz də rotasiya edəndə, birdən-birə 4-5 zona zəifləyir. Futbol adamları bunu başa düşürlər, amma anlaşılandır ki, azarkeşlər tam başqa cür baxırlar. Komandanın yüksəliş dövründə enişi görəndə, üzülürlər".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video