Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Qəbələ” İK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Şamaxı” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.
2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Neftçi” PFK, “Sumqayıt” FK.
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Bakı Sportinq” FK, “Difai” FK, “İmişli” PFK, “Karvan-Yevlax” FK, “Kəpəz” PFK İB, “Mingəçevir” FK, “Səbail” PFK, “Şəfa” FK.
4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Cəbrayıl” FK, “Dinamo” FK, “Qaradağ Lökbatan FK”, “Quba” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Xankəndi” FK, “Zaqatala” PFK.
5. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Ağstafa Gəncləri” FK, “Araz Saatlı” FK, “Biləsuvar” FK, “Kür Araz” FK, “Lənkəran” FK, “Marafon” İK, “Ramana” FK, “Samur” FK, “Şəfəq” FK, “Şəki Siti” FK, “Şirvan” FK, “Zəngəzur” FK
6. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Ağdaş” FK, “Xəzər Ağcabədi” FK.
7. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Araz-Naxçıvan” PFK, “Baku Juniors” FK, “Dirçəliş” FK, “İmişli” PFK, “Qəbələ” İK, “Liman” UFK, “Sabah” FK, “Şəfa” FK, “Ümid” FK.
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.
Qeyd edilib ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.
Bu da bildirilib ki, II Liqa yarışlarında iştirak edən “Göygöl” FK, həmçinin AFFA Yüksək Qızlar Liqası yarışlarında iştirak edən “Təhsil 8” FK və “Zaqatala”QFK lisenziya prosesinə qoşulmaqdan imtina etmişdir.
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər