"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a qalib gəldikləri matç (3:0) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi "Qarabağ"la gərgin matçdan sonra autsayderə qarşı oyuna köklənməyin psixoloji cəhətdən asan olmadığını etiraf edib:
"Qarabağ"la oyundan sonra futbolçularda böyük emosiyalar yaranmışdı. Yalan deməyəcəyəm, məhz bu səbəbdən bugünkü matça görə məndə müəyyən qədər həyəcan var idi. Adətən böyük və gərgin oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gələ bildik. Oyunçularıma minnətdaram".
Mütəxəssis komandasının avrokubok şanslarına birbaşa təsir edəcək ölkə kubokunun finalı ("Sabah" - "Zirə") ilə bağlı sualları da cavablandırıb. O, bütün diqqəti öz oyunlarına yönəltdiklərini və finalda hansısa komandaya tərəfkeşlik etməyin etik olmadığını vurğulayıb:
"Bizim üçün qalan hər oyun finaldır. Qarşıda "Şamaxı", "Sabah" və "Kəpəz"lə vacib oyunlarımız var. Futbolçular da çox yaxşı başa düşürlər ki, bütün matçlarda maksimum gücümüzü göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra yekunda harada olacağımızı görəcəyik.
Final matçını stadionda izləyib-izləməyəcəyimi dəqiq bilmirəm. Amma mənim "Sabah"a və ya "Zirə"yə azarkeşlik etməyim etik deyil. Meydanda kim güclüdürsə, o da qalib gəlsin. Bizə "Sabah"ın qələbəsi daha uyğun olsa da, mən heç vaxt hansısa rəqibimə pis nəticə arzulaya bilmərəm. Çünki həyat bumeranqdır və bu, nə vaxtsa bizim də başımıza gələ bilər".
Yuri Vernidub son matçlarda inamlı çıxışı ilə diqqət çəkən qvineyalı müdafiəçi Falaye Sakonun performansını da yüksək qiymətləndirib:
"Sakoya xüsusi təşəkkür edirəm. O, əsl peşəkar futbolçudur və bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər böyük təcrübəsi var, vaxtilə Fransa çempionatında da çıxış edib".
Baş məşqçi ötən tur "Qarabağ"la matçdan (2:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmamasına bir daha aydınlıq gətirərək bunu ağır iş qrafiki və psixoloji yorğunluqla əlaqələndirib:
"Bunun arxasında başqa heç bir səbəb yoxdur. Futbolda belə şeylər olur. Nəzərə alın ki, birinci oyununda "Qarabağ"a 1:5 hesabı ilə uduzmuşduq və bu, mənim üçün çox ağır zərbə idi. Məhz buna görə də ikinci oyunda tamamilə fərqli formada çıxış etdik. Matçdan sonra psixoloji yorğunluğum o həddə idi ki, bəlkə də artıq nəsə deyə bilərdim. Buna görə də suallara cavab verməmək qərarına gəldim. Sizlərdən bir daha üzrxahlıq edirəm. "Neftçi" kimi böyük tarixi olan komandada işləmək mənim üçün böyük şərəfdir. Ən önəmlisi isə odur ki, oyunçular da "Neftçi" formasını geyinməyin adi bir şey olmadığını dərk etməlidirlər. Onlar hər zaman peşəkar davranmalı və bu böyük ada layiq olmalıdırlar".
Gələcək transfer planları və mətbuatda yayılan daxili münaqişə xəbərlərinə toxunan çalışdırıcı komandada heç bir konfliktin olmadığını qeyd edib:
"Vaxtı gələndə transferlərlə bağlı hər şeyi açıqlayacağam. Mətbuatda çox şey yazırlar. Hətta mənim bəzi futbolçularla konfliktim olduğunu belə iddia edirlər. Mən ümumiyyətlə konfliktə meylli insan deyiləm. Biz komandada bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, hər zaman ortaq dil tapmağı bacaracağıq. Onu deyə bilərəm ki, yeni mövsüm üçün seçimlərimizdə çox həssas davranacağıq. Yalnız bizim oyun fəlsəfəmizə və kriteriyalarımıza uyğun gələn futbolçularla yola davam edəcəyik".
Sonda o, "Neftçi"nin ilk üçlükdən kənarda qalmasının səbəblərinə qısaca toxunaraq mövsümün gedişində komandanı təhvil almasının da burada rol oynadığını bildirib:
"Bu barədə çox geniş şərh vermək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, məndən əvvəl də çox xallar itirilmişdi. Təbii ki, mənim rəhbərliyim dövründə də "Turan Tovuz", "Zirə", "Şamaxı" ilə oyunlarda bəzi xal itkiləri oldu. Amma maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Əgər mövsümün əvvəlindən burada olsaydım, indi bəlkə də daha fərqli danışmaq olardı. Bütün bunlara baxmayaraq komandada müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə turnir cədvəlinin ən yuxarı pillələrində olmaq mənim ən böyük arzumdur və bu, həm futbolçuların, həm də rəhbərliyin də əsas hədəfidir".
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu