Tudor ən tez qovulan məşqçilər siyahısında

Tudor ən tez qovulan məşqçilər siyahısında
DÜNYA FUTBOLU 30 Mart 2026 / 14:30 1334
-  A +

İqor Tudor "Tottenhem"dən istefaya göndərilməklə Premyer Liqada ən tez qovulan baş məşqçilər siyahında 5-liyə düşüb.

QOL.az xəbər verir ki, London klubu bazar günü Tudorun istefasını elan edib. Xorvatiyalı məşqçi 44 gün "Tottenhem"i çalışdırıb. Bu müddətdə "Tottenhem" 7 oyundan yalnız birində qalib gəlib.

Premyer Liqanın 1992-ci ildə yaranmasından bəri, daha tez qovulmuş məşqçilər 2006-cı ildə "Çarlton Atletik"dən Les Reid (41 gün), 2025-ci ildə "Nottingem Forest"dən Ange Postekoqlu (40 gün) və 2023-cü ildə "Lids Yunayted"dən Sem Allardays (31 gün) olub. Siyahıya müvəqqəti məşqçilər daxil deyil.


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner