Ançelotti: "Biz məyus deyilik"

Ançelotti: "Biz məyus deyilik"
DÜNYA FUTBOLU 27 Mart 2026 / 11:50 1065
-  A +

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Fransa ilə keçirilən yoldaşlıq oyunu ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, mətbuat konfransında bildirib ki, 1:2 hesablı məğlubiyyətə baxmayaraq, futbolçularından razıdır:

"Komandanın oyunundan məmnunam. Biz mübarizə apardıq, döyüşdük və xüsusilə standart vəziyyətlərdə yaxşı oyun nümayiş etdirdik ki, bu da çox vacibdir. Biz məyus deyilik. Nəticə ən vacib şey deyil, amma o, nələri yaxşı etdiyimizi və nələri bacarmadığımızı göstərir”. 

Qeyd edək ki, həm Braziliya, həm də Fransa bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edəcək. Seçmə mərhələnin nəticələrinə əsasən Fransa D qrupunda 16 xalla birinci yeri tutub, Braziliya millisi isə Cənubi Amerika seçmə qrupunda 28 xalla beşinci pillədə qərarlaşıb.


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner