Asim Xudiyevə UEFA-dan növbəti təyinat

Asim Xudiyevə UEFA-dan növbəti təyinat
XƏBƏR 20 Mart 2026 / 12:30 862
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq. A. Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.

Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.06.26  17:29

DÇ-2026-nı buraxacaq

16.06.26  16:47

Bernardo Silva "Real"da

topaz banner