“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı

“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
XƏBƏR 19 Mart 2026 / 11:22 1852
-  A +

“Araz-Naxçıvan”ın iki üzvü - Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb. 

QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib.

Qapıçı Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, martın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək. 

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, martın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.06.26  17:29

DÇ-2026-nı buraxacaq

16.06.26  16:47

Bernardo Silva "Real"da

topaz banner