"Bavariya"nın futbolçusu cəzalandırıldı

"Bavariya"nın futbolçusu cəzalandırıldı
XƏBƏR 17 Mart 2026 / 14:13 257
-  A +

"Bavariya"nın futbolçusu Nikolas Cekson komandasının Bundesliqadakı növbəti 2 oyununu buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Seneqallı hücumçu 26-cı turun "Bayer"lə görüşündə Martin Terrierə zərbə vurub və qırmızı vərəqə alıb. Bundesliqanın İntizam Komitəsi bunu 2 oyunluq cəza kimi dəyərləndirib.

Cekson 27 və 28-ci turlarda "Union" və "Frayburq"la matçları buraxacaq. Müqavilə ilə "Çelsi"yə məxsus olan hücumçu bu mövsüm Münhen təmsilçisi ilə 25 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.


Son xəbərlər
topaz banner