"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək
XƏBƏR 16 Mart 2026 / 22:10 441
-  A +

"Mançester Yunayted"in təcrübəli dayaq yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda komandadan ayrılacaq.

QOL.az xəbər verir ki, "BBC"nin yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın rəhbərliyi braziliyalı futbolçu ilə bağlı verilmiş qərarı dəyişməyəcək. Yanvar ayında mövsümün sonunda klubdan gedəcəyini açıqlayan 34 yaşlı oyunçu artıq dördüncü ildir Mançester təmsilçisinin şərəfini qoruyur. 

Qeyd edək ki, Kazemiro cari mövsüm İngiltərə çempionatında meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner