Misli Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan "Kəpəz" - "Turan Tovuz" (1:1) matçından sonra meydan sahiblərinin yarımmüdafiəçisi Rəhman Hacıyev klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, komandasının yeganə qolunu vuran futbolçu matçın gedişatını bu cür dəyərləndirib:
"Oyunun birinci hissəsində bəzi planlarımız alınmasa da, fasilədən sonra xeyli qol epizodumuz oldu. Bu, mövsümdə vurduğum ilk qol idi və təbii ki, buna görə çox sevinirəm. Son üç oyunda ciddi ağrılarım var idi, meydana zədəli halda çıxırdım. Bu, hərəkətlərimə təsir edirdi və məhz bu səbəbdən bəzi vəziyyətlərdə epizodları istədiyim kimi bitirə bilmirdim. Şükürlər olsun ki, artıq sağalıram. İnanıram ki, qollarımın ardı gələcək. Qarşıda bizi "Qarabağ"la ciddi qarşılaşma gözləyir. Fərqi yoxdur, Komanda şəklində çıxış edirik, Düşünürəm ki, yaxşı çıxış edib bizə lazım olan xalı əldə edəcəyik".
Yarımmüdafiəçi sonda hər zaman komandanın yanında olan Gəncə azarkeşlərinə təşəkkür edib:
"Azarkeşlərimiz sağ olsunlar, harada oynamağımızdan asılı olmayaraq gəlib bizə hər zaman dəstək olurlar. Bizim də tək məqsədimiz əlimizdən gələni edib onları sevindirməkdir".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi