Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu

Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
XƏBƏR 15 Mart 2026 / 14:44 3441
-  A +

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar kubokunda final matçına çıxıb.

QOL.az xəbər verir ki, yarımfinalda ABŞ millisinə 22:20 hesabı ilə qalib gələn komanda həlledi görüşdə Niderland yığması ilə qarşılaşıb. Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb.

Beləlilkə, Azərbaycan millisi turnirin gümüş medalarını qazanıb.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.06.26  17:29

DÇ-2026-nı buraxacaq

16.06.26  16:47

Bernardo Silva "Real"da

topaz banner