AFFA İntizam Komitəsi "Şəmkir" klubuna texniki məğlubiyyət verib.
QOL.az xəbər verir ki, bu haqda komitənin bu gün açıqlanan qərarında qeyd edilib.
Bildirilib ki, martın 9-u keçirilməli olan II Liqanın 17-ci turunun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməyib. Bundan başqa, klub tərəfindən AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoyulmayıb.
"Şəmkir" müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilsin" - qərarda qeyd edilib.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?