Bir neçə İngiltərə klubu "Qarabağ"ın hücumçusu Emmanuel Addaini transfer etmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə Britaniyanın "Football Insider" saytı məlumat yayıb.
Bildirilir ki, daha əvvəl Almaniyanın "Ayntraxt" klubu qış transfer pəncərəsində Addai üçün təklif göndərsə də, rədd edilib. Buna baxmayaraq, Bundesliqa təmsilçisi futbolçuya marağını qoruyur. İtaliyanın "Napoli" klubunun da 24 yaşlı vingeri izləyən komandalar arasında olduğu iddia edilib.
Addai bu yay “Qarabağ”la müqaviləsini başa vuracaq. Bu səbəbdə o, azad agent kimi istənilən klubla ilkin müqavilə imzalaya bilər.
Yazıda qeyd edilir ki, son aylarda Addainin nüfuzu xeyli artıb. Sürətli və texnikalı vinger “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləməsində mühüm rol oynayıb və turnirdə "Çelsi", "Napoli", "Ayaks" kimi rəqiblərə qarşı oyunlarda diqqət çəkib.
Onun yaxşı forması ölkə daxilində də davam edir. Addai həftəiçi keçirilən matçda iki qol vuraraq “Qarabağ”ın Azərbaycan kubokunun yarımfinalına yüksəlməsinə kömək edib.
24 yaşlı vingerin bu ay Qananın milli komandasına dəvət alacağı da gözlənilir. O, yayda keçiriləcək dünya çempionatında qrup mərhələsində İngiltərəyə qarşı oynaya bilər.
Addai bu mövsüm Çempionlar Liqasında da fərqlənib. O, turnirin liqa mərhələsində "Kopenhagen" ilə matçda (2:0) komandasının qollarından birini vurub.
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır