Azərbaycan basketbol millisi Şimali Makedoniyaya uduzdu

Azərbaycan basketbol millisi Şimali Makedoniyaya uduzdu
XƏBƏR 3 Mart 2026 / 00:13 1130
-  A +

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik Azərbaycan millisi üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner