Kolumbiyalı hücumçu Kamilo Duran (Camilo Durán) ölkəsinin futbolu üçün tarixi nəticəyə imza atıb.
QOL.az xəbər verir ki, bu haqda Kolumbiyanın “Diario Del Norte” nəşri məlumat yayıb.
24 yaşlı futbolçu “Qarabağ” ın heyətində UEFA Çempionlar Liqasının play-off mərhələsində İngiltərədə “Nyukasl”la oyunda (2:3) fərqlənməklə turnirdə beşinci qolunu vurub. Bu göstərici ilə o, əfsanəvi Radamel Falkaonun rekordunu təkrarlayıb. Falkao “Monako”nun heyətində 2016/17 mövsümündə 5 dəfə rəqib qapılarına yol tapıb.
Duran bir mövsümdə Çempionlar Liqasında ən çox qol vuran kolumbiyalı futbolçular sırasına daxil olaraq ölkəsinin futbol tarixində zirvəyə yüksəlib. Həmçinin o, bu mövsümdə Luis Xavyer Suarezdən (“Sportinq”, 4 qol) və Luis Fernando Diadan (“Bavariya”, 3 qol) öndədir.
Beləliklə, Kamilo Duran həm də bu mövsümün Çempionlar Liqasının ən məhsuldar kolumbiyalı futbolçusu olub.
Bundan başqa, Kamilo Duran Liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi