AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinonun FİFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Təbrikdə İnfantinonun FİFA prezidenti seçilməsinin 10-cu ildönümü münasibətilə səmimi təbriklər ifadə olunub və qurumlararası uğurlu tərəfdaşlıq vurğulanıb.
"Hörmətli prezident Canni İnfantino. Sizi FİFA prezidenti seçilməyinizin 10-cu ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından səmimi-qəlbdən təbrik edirəm. Ötən onillikdə Sizin rəhbərliyiniz futbolun birliyini möhkəmləndirib və bütün dünyada bu idman növünün inkişafı üçün geniş imkanlar yaradıb".
AFFA rəhbəri FİFA ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrə və əldə olunan uğurlara da toxunub:
"Azərbaycanda futbolun inkişafı FİFA ilə sıx əməkdaşlıq nəticəsində real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir. 2024-cü ilin mart ayında Bakının "FİFA Series"in pilot layihəsinə ev sahibliyi etməsi bu etimadın bariz nümunəsidir. Milli komandamızla yanaşı, Bolqarıstan, Monqolustan və Tanzaniya yığmalarını qəbul etdik. Bu təşəbbüs FİFA-nın üzv assosiasiyalar üçün daha geniş beynəlxalq oyun imkanları yaratmaq öhdəliyinin bariz nümunəsidir. Həmçinin "FIFA Forward" proqramı çərçivəsində ölkəmizdə VAR sisteminin tətbiqi, regional futbol akademiyalarının inşası və infrastruktur layihələri gələcəyə yönəlmiş mühüm investisiyalar Azərbaycan futbolunun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Rövşən Nəcəf məktubda Canni İnfantinonun COP29 sammiti çərçivəsində Bakıya səfərini və qarşıdakı mötəbər turnirləri xüsusi qeyd edib:
"Sizi 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 sammiti zamanı qəbul etmək bizim üçün şərəf idi. FİFA-nın iqlim dəyişikliyi və davamlı inkişaf sahəsindəki fəallığı futbolun qlobal əməkdaşlıqdakı rolunu göstərir. Bununla yanaşı, Azərbaycanın Özbəkistanla birlikdə 2027-ci ildə keçiriləcək FİFA U-20 Dünya Çempionatına ev sahibi seçilməsi bizim üçün böyük qürurdur. Affa FİFA və bütün tərəfdaşlarla sıx əməkdaşlıq edərək ali standartlara cavab verən və dünya futbolunun ən yaxşı nümunələrini nümayış etdirən bir turnir təşkil etməyə tam sadiqdir".
Təbrikin sonunda AFFA prezidenti Canni İnfantinoya xoş arzularını çatdırıb və konstruktiv əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır