“Qarabağ”ın futbolçusu Daniel Lima de Kastro (Dani Bolt) Braziliyanın nüfizlu "Ge" nəşrinə müsahibə verib. Müsahibə ondan UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab oyunundan öncə götürülüb.
QOL.az-ın xəbərinə görə, 26 yaşlı braziliyalı müdafiəçi deyir ki, “Qarabağ” fərqi kollektivdir: "Çox güclü və çox təvazökar bir komandamız var. Qaçmaq lazım olanda qaçırıq, müdafiə olunmalı olanda müdafiə olunuruq. Bu nəticədə hər şeydən bir az var. Hər gün 1 faiz daha yaxşı olmaq kimi böyük inkişaf var. Bir oyunu udursan, özünə inam artır, sonra daha bir oyunu… Futbolda belədir: uğurun konkret formulu yoxdur. Şükürlər olsun ki, bizdə alınır".
Müsahibənin müəllifi Por Isabela Reis qeyd edir ki, Dani “Fluminense” akademiyasının yetirməsidir və “Bolt” ləqəbi də məhz orada yaranıb. Bu ad onun sürətinə görə olimpiya çempionu sprinter Usein Bolta ithaf kimi verilib və gənclik illərindən onu müşayiət edir. Azərbaycana gəldikdə isə ləqəb klubun təqdimatında xüsusi diqqət çəkib və maraq doğurub. Dani bununla bağlı da danışıb.
“Bolt” ləqəbi burada mövzu oldu, bir çox insan mənə bu barədə sual verdi. Konteksti izah etdim, bunun sürətimlə bağlı olduğunu dedim, hətta onlar üçün tərcümə də etdim. Amma mənim üçün fərqi yoxdur, istəsələr sadəcə Daniel, istəsələr də Bolt deyə bilərlər" deyə o, zarafatla bildirib.
O, ötən ilin iyulunda Portuqaliyanın II Liqa təmsilçisi “Torreense”də bir ildən bir qədər çox çıxış etdikdən sonra “Qarabağ”a transfer olunub. Braziliyada isə “Fluminense” və “Atletiko-PR”ın aşağı yaş qruplarında oynayıb, “Vitoria” və “Juventude” ilə peşəkar turnirlərdə iştirak edib. 2023-cü ildə “Juventude”nin A Seriyasına yüksələn heyətində də yer alıb.

Müsahibə müəllifi həmçinin qeyd edir ki, yeni komandaya keçid Dani üçün tam fərqli bir mühit açıb. İlk növbədə Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan kimi ölkəni tanımaq imkanı qazanıb. Bundan əlavə, “Qarabağ”ın özünəməxsus xüsusiyyəti var: klub müharibə səbəbilə köçkün statusu (keçmiş köçkün - QOL.az) daşıyır. Ağdam şəhərində yaranan klub 1993-cü ildən Ermənistanla ərazi münaqişəsi səbəbindən paytaxt Bakıdakı bazada fəaliyyət göstərir.
2028-ci ilin iyununa qədər klubla müqaviləsi olan Dani deyir ki, “Qarabağ”da ailəsinin qarşılanması çox səmimi olub və bu da uyğunlaşma prosesini asanlaşdırıb: "Burada mədəniyyət Braziliyadan çox fərqlidir, amma xarici futbolçu kimi təcrübəm çox yaxşıdır. Klubda çox müsbət mühit var, insanlar çox qonaqpərvər və yardımsevərdir. Ölkə çox gözəl, işıqlıdır. Təcrübə mənim üçün çox müsbətdir".
“Qarabağ” Dani Bolta karyerasında ilk dəfə Çempionlar Liqasında çıxış etmək imkanı da yaradıb ki, bu da onun sözlərinə görə, “reallaşan böyük bir arzu”dur və komanda üçün də önəmli dövrə təsadüf edir. Komanda hazırda tarixi yüksəliş yaşayır və son 12 mövsümün hamısında UEFA turnirlərinin qrup mərhələlərinin birində çıxış edib.
Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ikinci iştirakı olsa da, artıq ciddi nailiyyətlərlə yadda qalıb: təcrübəli “Benfika”nı 3:2 hesabı ilə məğlub edib, “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib və “Marsel”, “Napoli” və “Vilyarreal” kimi nəhəngləri qabaqlayaraq pley-offa vəsiqə qazanıb.
"Bu, hədəflərin reallaşması hissidir. Hər bir gənc futbolçu karyerasına başlayanda ilk arzularından biri Çempionlar Liqasında oynamaq olur . Bu, dünyanın ən əsas klub turniridir. Əlbəttə, bu səviyyəyə çatmaqla kifayətlənmirik, həmişə daha artığını istəyirik. Amma böyük komandalar və futbolçulara qarşı belə bir turnirdə oynadığım üçün böyük minnətdarlıq hissi keçirirəm" - deyə Bolt bildirib.
Yol ümidverici olsa da, 1/8 finala aparan pley-off mərhələsi uğurlu başlamayıb. “Qarabağ” ev oyununda ötən həftə “Nyukasl”a məğlub olub. Həmin görüşdə Entoni Qordon dörd qol vurub, Tiau və Mörfi də fərqlənib. Dani Boltun komandasında yeganə qolu isə Elvin Cəfərquliyev vurub.
Bu gün “Qarabağ” turnirlə vidalaşmamaq üçün beş topdan artıq fərqlə qalib gəlməli və ya ümumi hesabı bərabərləşdirərək oyunu penaltilərə aparmalıdır. Çətin tapşırıq olsa da, müdafiəçi məsələyə rasional yanaşmağın tərəfdarıdır.
"Bunun çox çətin sınaq olacağını bilirdik. Dünyanın ən güclü çempionatlarından birində oynayan böyük komandaya qarşı. Amma gözləntilərimiz müsbətdir. Tək futbolda yox, həyatda da nəyi idarə edə biliriksə, ona fokuslanmalıyıq. Bizim edə biləcəyimiz şey 90 dəqiqə ərzində ən yaxşı oyunumuzu göstərməkdir. Nə olacaqsa, olacaq. Daha yaxşı oynayan mərhələ adlayacaq" - deyə o qeyd edib.
Bizi İnstaqramda da izlə
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley
"Arsenal"ın oyunu fantastikdir" - Qvardiola
Mersisayd derbisindən - Video
“Yuventus”la “Milan”dan qələbə
"Beşiktaş" uduzdu
Azərbaycan Avropa çempionatında 2 medal qazandı
"Napoli"nin məğlubiyyətsizlik seriyası sona çatdı
“Sumqayıt”ın qələbəsindən - Video
"Mançester Siti" "Arsenal"ı məğlub etdi
"Bavariya" Almaniya çempionu oldu
Superliqaya ilk onlar vəsiqə qazandılar