"Real"da itki

"Real"da itki
XƏBƏR 6 Fevral 2026 / 23:00 1299
-  A +

"Real"ın futbolçusu Rodriqo yenidən zədələnib.

QOL.az xəbər verir ki, bu hada klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada 25 yaşlı hücumçunun sağ ayağında zədə aşkarlandığı bildirilib: "Oyunçumuz Rodriqo "Real"ın tibbi heyəti tərəfindən müəyinədən keçirilib. Aparılan tibbi müayinədən sonra ona sağ ayağında bud əzələsinin tendinoz diaqnozu qoyulub".

Oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Rodriqo cari mövsüm La Liqada 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner