"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyun idi. Bizim üçün çox ciddi nəticə oldu. Cavab matçına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar.
- Məğlubiyyətin səbəbi nədir?
- "Şamaxı" yaxşı oynadı və qalib gəldi.
- Dumanlı havanın oyuna təsiri oldu?
- İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.
- Jeremi Nqalini hansı mövqedə oynatmağı düşünürsünüz?
- Müdafiəçi kimi gətirmişik.
- "Neftçi" sizinlə oyunun təxirə salınmasına razı olmadı və bu geniş müzakirələrə səbəb oldu. Siz bu müzakirələrin olmasını normal hesab edirsiz?
- Sosial şəbəkələrdə olmuram. Ümumiyyətlə, hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. "Nyukasl"la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. "Neftçi"nin özü ilə oyunun ya yerini dəyişdirmişik ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.
- "Nyukasl"ın oyununda hansısa diqqət çəkən məqamlar var?
- Çoxdur. Özlərinə xas oyun üslubları var. Çox bərk komandadır. İlk prinsipləri rəqibə oynamağa imkan verməməkdir. Onlar da bizimlə oyuna çox istəkli hazırlaşacaqlar.
- "Neftçi"dən neqativ cavab gözləyirdiniz?
- Buna neqativ cavab deməzdim. Sadəcə "yox" deyiblər. Sadəcə bildiriblər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik. (sportal.az)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib