"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a uduzduqları matç (0:2) haqda danışıb.
QOL.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında futbolçularının nəticə qazanmaq üçün hər şey etdiyini deyib:
"Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Sumqayıt" yaxşı komandadır. Son matçı təhlil edib futbolçulara səhvləri göstərmişdik. Futbolçular məşqlərdə tam gücləri ilə çalışırlar, nəticə qazanmaq üçün hər şey edirlər. Birinci hissədə səhvlər etdik. Evdə oynayırıq deyə hücumda çoxluq yaratmaq istəyirik. Müdafiədə ardıcıl səhvlər buraxanda istər-istəməz oyunumuza təsir edir. "Sumqayıt"ı təbrik edirəm".
O, görüşün ilk hissəsində oyunlarının alınmamasının səbəbini açıqlayıb: "Əlbəttə ki, təhlil edəcəyik. Rəqibin ilk qolundan sonra müdafiədə səhvləri gördük və dərhal beşli sistemə keçdik. Daha etibarlı oynamağa çalışdıq. Yenə kobud səhvlər etdik və ikinci qolu buraxdıq".
F.Məmmədov "Karvan-Yevlax"ı bu durumdan çıxarmaq üçün planlarından danışıb: "Sonuncu oyuna kimi eyni rejimdə hazırlaşacağıq. Məndə hər zaman inam var. Məğlubiyyəti həzm edə bilmirəm. Bu durumdan çıxmaq üçün maksimum çalışacağıq. Tək məndən asılı deyil. İnanın ki, futbolçular da çox çalışır. Rəhbərlik hər zaman yanımdadır".
O, Premyer Liqada qalmaq üçün heyətin yetərli olub-olmaması ilə bağlı bunları deyib: "Təəssüflər olsun ki, biz yalnız 3 transfer edə bildik. Sifariş ərizəsində 27 futbolçu var idi. Ən azı 4-5 transfer etmək istəyirdik. İndiki durumda edə bilmirik".
F.Məmmədov "Karvan-Yevlax" Premyer Liqadan düşsə, bunu necə həzm edəcəksiniz" sualını belə cavablandırıb: "Həzm edə bilmərəm. Rəhbərlik futbolçuların yaxşı yaşaması üçün hər şeyi edir. Oyunçular məşqdə tam fərqlidirlər. Bu gün futbolçularımız fiziki göstəricilərdə rəqibi qabaqladılar. Qol epizodlarımız da var idi. Bazada bütün şəraitimiz var. Ən yaxşı şərait yaradılıb. Bircə qalıb meydana çıxıb oyunlarda qələbə qazanmaq".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib