Braziliya futbolunun tanınmış simalarından olan Aleşandre Pato karyerasında yeni səhifə açmağa hazırlaşır. "Milan"ın sabiq hücumçusu İngiltərə klubunun səhmdarlarından biri olmağa yaxındır.
QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, 36 yaşlı sabiq futbolçu İngiltərənin aşağı liqa təmsilçisi "Kolçester Yunayted"i almaq istəyən investorlar qrupunda yer alıb.
Məlumata görə, Patonun ötən həftəsonu İngiltərədə olması bu istiqamətdə yayılan xəbərləri təsdiqləyib. Belə ki, braziliyalı ulduz Liqa 2 təmsilçisinin ev oyununu klubun hazırkı sahibi Robbi Koulinqlə birlikdə tribunadan izləyib. Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir və hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, "Kolçester"in satışı ilə bağlı daha əvvəl ABŞ-ın "Lightwell Sports Group" şirkəti ilə danışıqlar aparılsa da, iyun ayında proses uğursuzluqla nəticələnmişdi.
Qeyd edək ki, karyerasını 2024-cü ilin əvvəlində "San-Paulu"da bitirən Pato Braziliya millisində 27 oyuna 10 qol vurub. O, 2012-ci il London Olimpiadasında gümüş medal qazanıb. Maraqlıdır ki, Pato İngiltərə futboluna yad sima deyil. O, 2016-cı ildə qısa müddət icarə əsasında "Çelsi"nin formasını geyinib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib