“Zirə”nin yeni transferi Rüfət Abdullazadə Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”yə qarşı keçirilmiş oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Zirə”yə gəlişiniz bir qədər gözlənilməz oldu. Keçid necə baş tutdu?
- “Varajdin”də son oyunlarda az şans qazanırdım. Belədə icarə əsasında “Zirə”yə gəlmək variantı yarandı. Danışıqlarımız müsbət oldu və “Zirə”də oynamaq qərarına gəldim. Burada olduğum üçün çox şadam.
- Təxminən 2 ay əvvəl, elə bu stadionda millimizin oyunundan sonra sizinlə söhbətimizdə qeyd etmişdiniz ki, vətənə qayıtmaq barədə düşünmürsünüz, karyeranızı Avropada davam etdirəcəksiniz. Qısa zamanda nə baş verdi ki, fikriniz belə dəyişdi?
- Əslində dəyişən bir şey yoxdur. Təbii ki, orada oynamaq qürurdur. Lakin daimi oynamaq lazımdır. Rəqabət güclüdür. Əgər oynamaq şansı qazanmıramsa, digər variantlara baxmaq lazımdır. Mən də şansımı dəyərləndirdim.
- Yəni vətənə qayıdışı geriyə atılmış addım hesab etmirsiniz?
- Xeyr, belə düşünmürəm.
- Sizcə, “Varajdin”də niyə lazımi qədər şans qazanmadınız?
- Dediyim kimi, Xorvatiya liqasında rəqabət çox güclüdür. Oynamaq üçün digər variantları nəzərdən keçirdim və “Zirə”nin mənim üçün daha uyğun olduğunu gördüm.
- Özünüzü komandada kimdənsə zəif hesab edirdiniz?
- Xeyr, özümü “Varajdin”də heç kimdən zəif saymırdım. Sadəcə Xorvatiya liqasında rəqabət çox güclüdür. Ora yenidən qayıtmaq üçün öz üzərimdə bir az da işləməliyəm. Tez təslim olan biri deyiləm. Çalışacağam ki, o rəqabətə tab gətirim.
- Mövsümün sonunda “Varajdin”ə qayıtmağı düşünürsünüz?
- Hələ ki buradayam. “Zirə”də olduğum müddətdə komandaya fayda vermək üçün əlimdən gələni edəcəyəm.
- Komanda ilə toplanış keçməməyinizin səbəbi nə idi?
- Bu, bir az şəxsi məsələdir. Ona görə də komanda ilə toplanışda iştirak edə bilmədim.
- Necə düşünürsünüz, “Zirə”də əsas heyətə düşə biləcəksiniz?
- “Zirə” də yaxşı komandadır. Amma harada olmağım fərq etmir. Daim üzərimdə çalışıram. Komandaya xeyir vermək üçün gəlmişəm.
- Siz də daxil olmaqla əksər azərbaycanlı futbolçuların legioner həyatı çox qısa çəkir. Bu, nə ilə əlaqədardır?
- Hər futbolçunun xarakteri başqa cürdür. Mən daha çox oynamağı xoşlayıram. Hər an meydanda olmaq istəyirəm. Əslində “Varajdin”də hər şey qaydasında idi. Daim oynamaq istədiyim üçün klubdan ayrıldım. Başqa futbolçular haqda isə fikir bildirə bilmərəm.
- Amma sizin qayıdışınız azarkeşlərdə də, mətbuatda da məyusluq yaradır. Söhbət tək sizdən getmir. Ümumiyyətlə, necə olur ki, azərbaycanlı futbolçular ölkə xaricində rəqabətə tab gətirə bilmirlər, səbr edə bilmirlər, oradakı mühitə dözə bilmirlər və qayıdıb gəlirlər. Lakin özbək, gürcü və yaxud qazax futbolçu bunu bacarır. Necə olur onlarda alınır, azərbaycanlı futbolçularda alınmır?
- Məncə, bu zamandan da asılıdır. Fikirləşirəm ki, yavaş-yavaş daha yaxşıya doğru irəliləyirik. Gələcəkdə daha yaxşı olacağıq.
- Xorvatiya çempionatı Azərbaycan Premyer Liqasından daha səviyyəlidir?
- Bir qədər elədir, bəli.
- “Neftçi” ilə görüşdə “Zirə”nin heyətində rəsmi debüt etdiniz. Debütunuzu necə qiymətləndirirsiniz?
- Çalışdım ki, şansları daha yaxşı dəyərləndirim. Məncə, bir neçə turdan sonra daha yaxşı formada olacağam.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib