Sərbəst güləş üzrə Azərbaycan millisinin Göygöl toplanışı davam edir.
QOL.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, yanvarın 31-də yekunlaşacaq hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. Baş məşqçi Xetaq Qazyumov toplanışın gedişi və digər məsələlərlə bağlı bunları deyib:
“Yarış baxımından ilk startımız olan Albaniyada keçiriləcək reytinq turnirinə planlı şəkildə hazırlaşırıq. Göygöldə təlim-məşq toplanışı keçirik. Əsas diqqəti güc və funksional hazırlığa ayırmışıq. Eyni zamanda texniki-taktiki hazırlığı da bura əlavə edirik.
Bu toplanışdakı məqsədimiz güc göstəricilərini və funksional hazırlığı, həmçinin dözümlülüyü artırmaqdır. Əlbəttə, öz taktiki tapşırıqlarımızı yerinə yetirmək, rəqiblərimizi izləyib öyrənmək ki, gələcəkdə kiminlə necə mübarizə aparacağımızı bilək.
Komandanın hazırkı vəziyyəti haqqında danışmaq hələ tezdir. Çünki bu yaxınlarda Azərbaycan çempionatı keçirilib. Federasiyamız testlər təşkil etdi, həmin testlərdən keçdik və idmançıların orqanizmini yoxladıq. Güləşçiləri hazırlıq prosesinə cəlb edirik ki, gələcəkdə yüksək səviyyədə işləyə bilsinlər.
Albaniyada keçiriləcək reytinq turniri üçün iki toplanış nəzərdə tutulub. Daha əvvəl dediyim kimi, birinci toplanış daha çox güc və funksional hazırlıq xarakteri daşıyır. Həmçinin, Bakıda taktiki-texniki çalışmalar üzrə toplanış keçəcəyik”.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”