“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində “Ayntraxt”a qarşı keçirilən oyundan (3:2) sonra jurnalistlərə müsahibə verib. QOL.az-ın müxbirinin də iştirak etdiyi müsahibəni təqdim edirik:
- Möhtəşəm, tarixi zəfər barədə fikirləriniz necədir?
- Hazırda çox xoşbəxtik. Bu döyüşü qazandığımız üçün özümüzlə qürur duyuruq. Hesabı erkən açsaq da, üstünlüyü qoruya bilmədik. Oyun birdən-birə əleyhimizə çevrildi. Amma biz gücdən düşmədik, tükənmədik. Təzyiq göstərdik, son dəqiqələrdə isə bunun bəhrəsini gördük. Bəhlul fərqlənərək gözəl, baxımlı qola imza atdı. İnanılmaz hisslərdir. Bunu ifadə etməkdə çətinlik çəkirəm. Hazırda tarixi zəfərimizi qeyd edirik. Bizim üçün böyük oyun idi. 10 xalımız var və 1 matçımız qalıb. Onu da yaxşı nəticə ilə başa vurub pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik.
- Xüsusilə son dəqiqələrdə oyunu çevirdiniz. Son dəqiqə qolu sizdə hansı təəssüratları oyatdı?
- Bu, olduqca inanılmaz hisslərdir. Heç kim belə bir şey gözləmirdi. Hər bir futbolçu karyerasında bu anları yaşamaq istəyir. Azarkeşlər də bu gün olduqca möhtəşəm idi. Hətta mən belə üçüncü qolu vurduğumuza inanmırdım. Komanda şəklində qürurluyuq.
- Qarşıda sizi “Enfild Roud”a çətin səfər gözləyir. "Liverpul"la matçdan gözləntiləriniz nədir?
- "Liverpul" adının mənasını yəqin ki, başa düşürsünüz. İngiltərə təmsilçisidir, olduqca təcrübəli güclü komandadır. Amma biz orada da çıxıb öz oyunumuzu göstərəcəyik. Nəticəni birlikdə görəcəyik.
- Azarkeşlərə nə demək istərdiniz?
- Hər şey üçün təşəkkürlər! Bu gün onlar möhtəşəm idi. Mən onlar üçün bacardığımın ən yaxşısını etdim.
- “Ayntraxt”la matçda öz çıxışınızdan razı qaldınız?
- Mənim üçün ağır matç oldu. "Ayntraxt" bizə davamlı təzyiq göstərirdi. Son dəqiqəyə qədər maksimumu ortaya qoymağa çalışdım. Nəticədə bunu görə bilərsiniz. Özümlə yanaşı, Bəhlulun adına da çox sevinirəm, bir müdafiəçi olaraq çox çalışır. Müdafiəçi kimi irəli çıxır, son dəqiqələrdə fərqlənir. Bu, həqiqətən də inanılmazdır. O, mənim ən yaxın dostlarımdandır. Onun adına çox sevinirəm. Bəhlul Mustafazadə bu qələbə qolunu vurmağa layiq idi.
- Son tura qədər bu üstünlüyü qoruya biləcəksiniz?
- 10 xal inanılmaz göstəricidir. 6 ay əvvəl bizə desəydiniz ki, 10 xal toplayacaqsınız... Siz özünüz də bu sözünüzə inanmazdınız. Amma bugünkü xal ehtiyatımız layiq olduğumuzdan irəli gəlir. Son oyunumuz, olduqca çətin bir matçımız qalıb. "Liverpul"un böyük təcrübəsi var. Turnirdə öz sözünü demiş klublardandır. Lakin biz "Qarabağ" olaraq orada da çıxıb bugünkü performansımızı ortaya qoyacağıq. Keyfiyyətli oyun göstərib sonda yaxşı nəticə qazanmaq istəyirik.
- Belə anlaşılır ki, 10 xal qazanmağınız sizin üçün də gözlənilməz oldu. Düzdür?
- Biz rəqabət aparırdıq. İnamlı idik. Oyunlar keçdikcə inanılmaz nəticələr oldu. Özünüz baxın, "Benfika" ilə oyunda son dəqiqə qolu və qələbə, "Ayntraxt"a qarşı matçda eyni ssenari, "Çelsi" ilə heç-heçə. Bütün bu nəticələr inanılmazdır. Bunlardan zövq almalıyıq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib