Almaniyanın "Ayntraxt" klubunun idman direktoru Markus Kröşe baş məşqçi Dino Toppmöllerin istefası, komandanın hazırkı durumu və Bakı səfəri barədə açıqlama verib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, funksioner ayrılığın səbəblərinə aydınlıq gətirib və qarşıdakı planlardan danışıb.
Klub rəsmisi əvvəlcə sabiq baş məşqçiyə təşəkkür edərək onun "Ayntraxt"ı tarixində ilk dəfə Bundesliqa yolu ilə Çempionlar Liqasına çıxardığını və oyunçuların inkişafındakı rolunu xatırladıb. Lakin Kröşe ayrılığın qaçılmaz olduğunu, son həftələrdəki gedişatın uğura olan inamı sarsıtdığını vurğulayıb. O, əsas problemin sistemli şəkildə çox qol buraxmaq olduğunu və müdafiədəki geriləməni məşqçilər korpusunun həll edə bilməyəcəyini anladıqlarını qeyd edib.
İdman direktoru qərarın niyə məhz indi verilməsini belə izah edib:
"Bazar günü belə qənaətə gəldik ki, yollarımızı ayırmalıyıq. Çünki son həftələrin və ayların gedişatı göstərdi ki, bu yolda uğurla davam edə biləcəyimizə inam qalmayıb. Əsas problem odur ki, çox qol buraxırıq və bu, müəyyən bir sistem halını alıb. Məşqçilər korpusunun bu problemi həll edəcək yollar tapacağına daha inanmırdıq. Müdafiə oyunumuzdakı inkişaf dayanıb, hətta geriləmə müşahidə olunur".
Markus Kröşe komandanın Bakıya müvəqqəti məşqçi ilə yollanacağını bildirib:
"Qısa müddətdə komandaya Dennis Şmitt rəhbərlik edəcək. Ona Aleks Mayer və Yan Fisser kömək edəcək. Biz Bakıya onlarla birlikdə yollanacağıq və orada qalib gəlmək istəyirik ki, "Tottenhem"lə ev oyunundan öncə yaxşı mövqedə olaq. Çempionlar Liqasında hələ iki oyunumuz var və pley-offa vəsiqə qazanmağı hədəfləmişik".
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib