Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan “kral klubu”nda uğur qazanmağın əsas şərtlərindən danışıb.
QOL.az xəbər verir ki, fransalı mütəxəssis "goal.com"a açıqlamasında bildirib ki, “Real”da məşqçi hər şeydən əvvəl futbolçulara xidmət etməlidir:
“Bu klubda məşqçilər futbolçuların ixtiyarındadır. Mənim üçün uğurun açarı da məhz budur – futbolçunun yanında olmaq. Əgər bunu anlamırsansa, uzun müddət burada qala bilməzsən. Biz futbolçuları dəstəkləmək üçün buradayıq. Onlara göstərməlisən ki, hər zaman yanlarındasan”.
Zidan vurğulayıb ki, soyunub-geyinmə otağının məşqçinin ideyalarını qəbul etməsi üçün futbolçuların bundan məmnun qalması vacibdir: “Əgər futbolçular etdiklərinlə tam razı deyilsə, həmişə nəsə çatışmayacaq. Bizimlə işləyən futbolçular həqiqətən zövq alırdılar. Onlara inam aşılamışdıq”.
Mütəxəssisin sözlərinə görə, komanda çətin dövrdən keçirdi və futbolçuların həm psixoloji, həm də fiziki baxımdan bərpaya ehtiyacı vardı: “Məşqçilər korpusu elə bir sistem qurdu ki, futbolçular yenidən rəqabətədavamlı oldular. Futbolçu məşqdən və oyundan zövq alırsa, mövsümün bütün titullarını qazanmaq mümkündür”.
Qeyd edək ki, Zinəddin Zidan “Real”ın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Superkubokunu, üç dəfə Çempionlar Liqasını qazanıb. O, həmçinin iki dəfə UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video