“Zəfər” Beynəlxalq İdman Mükafatının 2025-ci il üçün qalibləri açıqlanıb.
QOL.az xəbər verir ki, “Fairmont” hoteldə keçirilən budəfəki təqdimat mərasimində 2025-ci ildə idman sahəsində fərqlənmiş, yüksək nailiyyətlər qazanmış şəxslər mükafatlandırılıb.
ATV telekanalının və “Sportinfo” saytının redaktoru İlkin Fikrətoğlu “İlin ən yaxşı idman jurnalisti” olaraq “Zəfər” mükafatına layiq görülüb.
Güləş üzrə dünya çempionu Ülvi Qənizadə “İlin idmançısı” seçilib. Ötən il Everesti fəth etmiş Vəfa Musayeva “İlin qadın idmançısı”, boks üzrə dünya və Avropa çempionu Subhan Mamedov isə “İlin əzmkar idmançısı” nominasiyasında qalib olub.
Təcrübəli boks mütəxəssisi Vaqif Kazımov “İlin məşqçisi”, Mövlud Mirəliyev “İlin veteran idmançısı”, Elçin Məsiyev “İlin hakimi” adını qazanıb.
Minifutbol Federasiyası “İlin federasiyası”, “Neftçi” “İlin idman klubu”, Fərid Ramazanov “İlin idman aparıcısı” seçilib.
İdman TV-də efirə gedən “Sportcast” “İlin idman verilişi” olaraq, “Qarabağ” futbol klubundan Emrah Çelikel isə “Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə” “Zəfər” Beynəlxalq İdman Mükafatına layiq görülüb.
Qeyd edək ki, mükafat “Sportsman” jurnalı tərəfindən 2007-ci ildə təsis edilib, 2009-cu ildən isə ənənəvi olaraq hər yanvarda öz qaliblərinə təqdim olunur.





“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində