Monteneqro yüksək liqa təmsilçisi “Sutyeska” futbol klubunun baş məşqçisi Dejan Jeleniç Azərbaycana gələcək.
QOL.az Monteneqro mediasına istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis “Fudbal fest” verilişində qonaq olarkən bildirib. O, 2025-ci ilin noyabrında adıçəkilən komandanın baş məşqçisi təyin edilib. Bunadək müxtəlif vaxtlarda "Sutyeska" və "Əl-İttihad"da (Səudiyyə Ərəbistanı) köməkçi-məşqçi olub.
Dejan Jeleniç A kateqoriyalı məşqçi lisenziyası üzrə təhsil çərçivəsində təcrübə keçəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu təcrübənin bir hissəsi Azərbaycan çempionu “Qarabağ” klubunda olacaq:
“Peşəkar inkişaf bizim üçün vacibdir. Təcrübə üçün "Qarabağ"a gedəcəyəm. İlk əlaqəni və bütün zəruri məsələlərdə dəstəyi mənə Marko Yankoviç göstərdi. Düşünürəm ki, bu, mənim üçün faydalı olacaq və öyrəndiklərimi daha sonra "Sutyeska"da tətbiq edəcəyəm”.
Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviç həm də Monteneqro millisinin üzvüdür. Dejan Jeleniçin Qurban Qurbanovun yanında təcrübə keçməsində onun böyük rolu olacaq.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində