Zlatan İbrahimoviçin oğlu məşhur kluba transfer olundu

Zlatan İbrahimoviçin oğlu məşhur kluba transfer olundu
DÜNYA FUTBOLU 14 Yanvar 2026 / 13:08 504
-  A +

Niderlandın “Ayaks” klubu hücumçu Maksimilian İbrahimoviçin transferini rəsmiləşdirib.

QOL.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin yaydığı açıqlamada bildirilib.

19 yaşlı futbolçu mövsümün sonuna qədər satınalma hüququ ilə İtaliyanın “Milan” klubundan icarəyə götürülüb.

Maksimilian İbrahimoviç 2022-ci ildə İsveçin “Hammarbü” klubunun akademiyasından “Milan”a transfer olunub. Gənc hücumçu son altı ayı İtaliya D Seriyasında çıxış edən “Milan Futuro” komandasında keçirib.

Qeyd edək ki, Maksimilian İbrahimoviç “Ayaks” və “Milan”ın sabiq ulduz futbolçusu Zlatan İbrahimoviçin oğludur.


Son xəbərlər