PSJ "Marsel"i məğlub edərək Fransa Superkubokunu qazanıb.
QOL.az xəbər verir ki, Fransa Superkuboku uğrunda keçirilən həlledici görüş başa çatıb. Küveytin "Jaber Əl-Əhməd" stadionunda baş tutan qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb.
Matçda hesabı 13-cü dəqiqədə Paris klubunun hücumçusu Usman Dembele açıb. 76-cı dəqiqədə "Marsel"in oyunçusu Meyson Qrinvud penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Oyunun sonlarında gərginlik pik həddə çatıb. 87-ci dəqiqədə PSJ-nin müdafiəçisi Vilyam Paço topu öz qapısına göndərərək rəqibi hesabda irəli çıxarıb. Lakin parislilər təslim olmayıb, 90+5-ci dəqiqədə Qonsalu Ramuş komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.
Qalibi müəyyən etmək üçün keçirilən penaltilər seriyasında daha dəqiq oynayan PSJ 4:1 hesabı ilə qələbə qazanıb. Paris təmsilçisinin qapıçısı Luka Şevalye ardıcıl iki zərbəni qaytararaq qələbənin memarı olub.
Qeyd edək ki, PSJ Superkubok matçına həm çempionatın, həm də Fransa Kubokunun qalibi kimi, "Marsel" isə ötən mövsüm Liqa 1-in ikincisi kimi qatılıb.
Xatırladaq ki, PSJ ardıcıl dördüncü ildir ki, Fransa Superkubokuna sahib çıxır. Klub bu turnirdə sonuncu dəfə 2021-ci ildə "Lill"ə (0:1) məğlub olmuşdu.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu