“Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo gələcəkdə futbol klubu sahibi olmağı planlaşdırır.
QOL.az xəbər verir ki, "MatchDay Central" nəşrinin məlumatına görə, portuqaliyalı hücumçunun hədəfi sabiq komandası "Mançester Yunayted"dir.
Ronaldo yaxın dostuna ən böyük arzusunun bir gün "qırmızı şeytanlar"ın sahibi olmaq olduğunu etiraf edib. Futbolçu gələcəkdə "Old Trafford"a oyunçu kimi yox, məhz klub sahibi kimi qayıtmağı hədəfləyir.
Xatırladaq ki, Kriştiano Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə İngiltərə nəhənginin şərəfini qoruyub. O, "Mançester Yunayted" forması ilə ümumilikdə 346 oyuna çıxıb, 145 qol vurub və 73 məhsuldar ötürmə edib. Portuqaliyalı ulduz bu klubla Çempionlar Liqası və İngiltərə Premyer Liqası (3 dəfə) daxil olmaqla, ümumilikdə 9 titul qazanıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu