"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran son günlər gündəmi zəbt edən narkotik istintaqı və klubun gələcəyi ilə bağlı gözlənilən açıqlamasını verib.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində iki dəfə ifadə verən və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan klub rəhbəri növbədənkənar seçki qərarı aldıqlarını bəyan edib.
S.Saran FB TV-dəki çıxışında bunları deyib:
"Vəzifə müddətim ərzində siz də gördünüz ki, danışmağı sevən prezident olmadım. Xüsusilə şəxsimlə bağlı məsələlərdə arxa planda qalmağa üstünlük verdim. Lakin gəlinən nöqtədə mövqeyimi sakitliklə izah etməyin vaxtı çatıb. Prezidentlik vəzifəmizi mövsümün sonuna qədər davam etdirəcək, daha sonra isə klubumuzu Növbədənkənar Ümumi Yığıncağa (Konqresə) aparacağıq".
Məlumata görə, "Fənərbaxça"da seçkili iclas may ayında baş tutacaq. S.Saranın yenidən namizəd olub-olmayacağı isə seçkiyə yaxın dəqiqləşəcək.
Xatırladaq ki, Sadettin Saran narkotik istintaqı çərçivəsində şübhəli qismində məhkəməyə çağırılıb. Məhkəmə Tibb Ekspertizasında ondan saç və qan nümunələri götürülüb. İlkin məlumatlara görə, Saranın saç nümunəsində kokain testinin nəticəsi pozitiv çıxıb. Prezident bu nəticəni rədd edərək özəl laboratoriyada təkrar analiz versə də, nəticənin yenə pozitiv olduğu bildirilib və o, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video