"Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç futbolçu kimi uzun illər yüksək səviyyədə çıxış etməsindən danışıb.
QOL.az xəbər verir ki, xorvatiyalı futbolçu bu barədə "Corriere dello Sport" nəşrinə açıqlama verib:
"Bu, sevgidir. Futbolu sevmək, futbol haqqında düşünmək və futbol üçün yaşamaq. Futbol və ailə mənim üçün ən vacib olan şeylərdir. Sirri məhz budur. Qidalanma və məşqlər ikinci dərəcəlidir. Məşqlərdə hələ də uşaq vaxtı oynadığım günlərdəki kimi xoşbəxtəm".
Qeyd edək ki, Luka Modriç hazırda 40 yaşındadır. O, cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Xorvatiyalı yarımmüdafiəçinin "Milan"la mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri