Dünyanın ən bahalı qapıçıları - Siyahı

Dünyanın ən bahalı qapıçıları - Siyahı
XƏBƏR 30 Dekabr 2025 / 14:19 892
-  A +

Nüfuzlu "Transfermarkt" portalı dünyanın ən bahalı qapıçılarının siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, sıralamaya İtaliya millisinin və "Mançester Siti"nin futbolçusu Canluici Donnarumma liderlik edir. Qolkiperin dəyəri 45 milyon avro qiymətləndirilir.

2-ci yerdə "Portu"dan Dioqo Kosta (40 milyon avro), 3-cü pillədə isə Dortmund "Borussiya"sından Qreqor Kobel (40 milyon avro) qərarlaşıb.

Dünyanın ən bahalı qapıçıları: 

1. Canluici Donnarumma ("Mançester Siti") - 45 milyon avro

2. Dioqo Kosta ("Portu") - 40 milyon avro

3. Qreqor Kobel (Dortmund "Borussiya"sı) - 40 milyon avro

4. Bart Verbruggen ("Brayton") - 35 milyon avro

5. Lukas Şevalye (PSJ) - 35 milyon avro

6. Mile Svilar ("Roma") - 35 milyon avro

7. David Raya ("Arsenal") - 35 milyon avro

8. Joan Qarsiya ("Barselona") - 30 milyon avro

9. Qulelmo Vikario ("Tottenhem") - 30 milyon avro

10. Anatoli Trubin ("Benfika") - 28 milyon avro


Son xəbərlər