Çempionlar Liqasının finalında geyindiyi formanı hərraca çıxardı

Çempionlar Liqasının finalında geyindiyi formanı hərraca çıxardı
XƏBƏR 29 Dekabr 2025 / 13:35 1478
-  A +

"Çelsi"nin sabiq futbolçusu Con Terri 2008-ci ildə Çempionlar Liqasının finalında geyindiyi formanı hərraca çıxarıb.

QOL.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Sözügedən görüşdə "Çelsi" "Mançester Yunayted"lə qarşılaşıb. Oyunda "zadəganlar" "qırmızı şeytanlar"a penaltilər seriyasında uduzaraq 2-ci yeri tutublar.

45 yaşlı keçmiş müdafiəçi isə həmin formanı satmaq qərarına gəlib.

Qeyd edək ki, Con Terri 1998-2017-ci illərdə "Çelsi"nin formasını geyinib. O, 2003-2012-ci illərdə İngiltərə millisinin üzvü olub.


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

topaz banner