1998-2000-ci illərdə Azərbaycan millisinin futbolçusu Elşən Qəmbərov, hazırda ABŞ-da yerləşən BridgeView (Nyu-York) futbol akademiyasının prezidenti və baş məşqçisidir. Bir vaxtlar Özbəkistanda da oynamış Qəmbərov verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.
- ABŞ dünya çempionatına necə hazırlaşır?
- Çox yaxşı. ABŞ-da futbola maraq xeyli artıb. Bundan başqa, ABŞ millisinin futbolçuları Avropada uğurla çıxış edirlər. Oyunların keçiriləcəyi stadionlar tam hazırdır. Azarkeşlər stadionlara gələcək, maraq çox yüksəkdir. Matçlara biletlərin qiyməti 500- 1000 dollar arasındadır. Mən ailəmlə birlikdə 2–3 oyunu izləməyi planlaşdırıram. ABŞ millisinin nə dərəcədə güclü çıxış etməsi bizim biznesimizə də ciddi təsir göstərəcək. Bu, birbaşa onun aktivliyində özünü göstərəcək.
- Dünya çempionatında xüsusi azarkeşlik edəcəyiniz bir komanda varmı?
- Böyük ehtimalla bu, Özbəkistan millisi olacaq. Mən orada uzun illər oynamışam, Özbəkistan kubokunu qazanmışam, bürünc medal əldə etmişəm, “Navbahor” və “Dinamo” (Səmərqənd) klublarının heyətində Asiya Çempionlar Liqasında çıxış etmişəm. İki qızım da Özbəkistanda doğulub. Ona görə də, təbii ki, onlara azarkeşlik edəcəyəm. Bundan əlavə, ABŞ millisinin də tərəfdarı olacağam. Bir də mən Kriştiano Ronaldonun azarkeşiyəm, onu canlı görməyi çox istəyirəm.
- Özbəkistan millisi tarixində ilk dəfə mundialın final mərhələsinə vəsiqə qazandı. Sizcə, bu, infrastruktur və qurulmuş sistemin nəticəsidir, yoxsa özbək futbolçuları azərbaycanlılardan daha istedadlıdır?
- Mən deməzdim ki, onlar bizdən güclüdür. Burada hər şeyi sistem və uşaq futboluna göstərilən böyük diqqət həll edir. Özbəkistanda uşaq futboluna hər zaman ciddi investisiyalar qoyulub. Nümunə olaraq “Bunyodkor”, “Paxtakor” və digər klubları, eləcə də “Navbahor”u göstərmək olar. Namanqan kiçik şəhərdir, amma oranın da öz futbol akademiyası var. Akademiyada çalışan məşqçi ayda minimum 1000–1500 dollar maaş alır. Orada tanışlıq, hörmət anlayışı yoxdur. Rəqabətə dözmürsənsə, oynamırsan. Onlar qarşılarına dəqiq məqsəd qoyub və ardıcıl şəkildə ona doğru irəliləyiblər. Gələn il Özbəkistana getməyi planlaşdırıram. Doğrudan da, orada hər şey yüksək səviyyədədir. Maaşlar “Qarabağ” və “Neftçi”dən az deyil. Klublarında legionerlər var, amma yerli futbolçular çox güclüdür və əksəriyyəti də məhz onlardır. Mən Özbəkistanda oynayanda, hətta zədələrlə belə daim meydana çıxırdım. Əgər pis oynasaydım, məni sadəcə buraxmazdılar. Mən məhz oyunum hesabına rəqabətə davamlı qalırdım.
- Yeri gəlmişkən, Bahodir Nəsimovu xatırlayırsınız?
- Mən Səmərqənd “Dinamo”sunda oynayanda o, əvəzedici heyətdə idi. Uşaq idi. Ona balaca bir maşın hədiyyə etmişdilər, amma klubun prezidenti əsəbiləşib onu geri aldı (gülür). Klub rəhbərliyi məni çox sevirdi və mən maşını geri qaytarması üçün onun yanına xahişə getdim. Razılaşdı, amma dedi: “Ona de, bir də pis oynasa…” Mən də dedim ki, mütləq çatdıraram. Elə həmin Bahodir sonra özünü göstərdi, inkişaf etdi və Rusiyaya getdi, daha sonra “Neftçi”yə gəldi. Təxminən bir-iki həftə əvvəl onunla danışmışdıq. Deyir: “Elşən, bura gəl”. Orada evim də var – Daşkənddə. Özbəkistanda məni çox sevirdilər. İki-üç il əvvəl “Dinamo”nun hansısa komanda ilə oyununa getmişdim. Bütün stadion mənim adımı səsləyirdi. Azarkeşlər mənimlə şəkil çəkdirirdilər. Gözlərim doldu. Orada karyeram doğrudan da çox uğurlu alınıb. Mircalol Kasımov, Muxtar Kurbanov, Şuhrat Rəhmanqulov, Cəfər İrismetov kimi ulduzlarla əla münasibətlərim var.
- Özbəkistan millisinin dünya çempionatına vəsiqə qazanmasından sonra onları təbrik etmisinizmi?
- Bəli, hamını təbrik etdim. Alınsa, yenidən ora gedib onlarla görüşəcəyəm. Bir maraqlı faktı da deyim. Vaxtilə “Navbahor”da oynayarkən “Paxtakor”la oyunda qol vurmuşdum və biz 1:0 hesabı ilə qalib gəlmişdik. Bundan sonra mənə Özbəkistan millisində oynamaq təklifi gəldi.
- Azərbaycan və Özbəkistan birgə U-20 dünya çempionatını keçirəcək. Həm Özbəkistanda, həm də Azərbaycanda uzun illər oynamış bir insan kimi, ÇM-in təşkilinə hazırlıqda iştirak etmək istərdinizmi? Məsələn, səfir qismində…
- Əlbəttə, bu prosesdə iştirak etmək istərdim. Çünki orada demək olar ki, hamını tanıyıram: federasiya nümayəndələrini, hakimləri, Özbəkistan futbolunun bütün ulduzlarını. İndi də əlaqədəyik, ünsiyyətdəyik, bunlar mənim dostlarımdır. Azərbaycan mənim vətənimdir. Azərbaycanı çox sevirəm. Hətta ABŞ-da olarkən də imkan daxilində bizim uşaqlara kömək edir, onları dəstəkləyirəm. Özbəkistan mənim ikinci vətənimdir. Orada oynadığım bütün illər ərzində mənə bir dəfə də olsun kobud söz deyilməyib. Dünya çempionatının səfiri olmaq və ya ümumiyyətlə, bu proseslərdə iştirak etmək istərdim. Bu, çox gözəl olardı. Özbəkistanda mənə hörmətlə yanaşırlar və məni yaxşı tanıyırlar, Azərbaycanda da eyni şəkildə.
- U-20 dünya çempionatının keçirilməsi hər iki ölkənin futboluna necə təsir edəcək?
- Şübhəsiz ki, müsbət. Futbolun populyarlığı artacaq. Qətərdə keçirilən dünya çempionatında Mərakeş millisi çox uğurlu çıxış etdi və bundan sonra ABŞ-dakı akademiyamıza təxminən 50 mərakeşli uşaq gəldi. Ayrı bir qrup formalaşdı. Onlarda futbola maraq xeyli artdı. Əgər Azərbaycan millisinin U-20 komandası dünya çempionatında bir-iki uğurlu oyun keçirsə, bu, futbolumuzun inkişafına yeni impuls verəcək və ciddi canlanmaya səbəb olacaq.
Mənbə: azersport.com
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri