Sxadadze 4 oyunluq cəzalandırıldı

Sxadadze 4 oyunluq cəzalandırıldı
XƏBƏR 26 Dekabr 2025 / 14:55 517
-  A +

AFFA "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadzeni cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib. 

Mütəxəssis Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyunda (1:2) hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Qəbələ” isə 10000 manat cərimələnib.

Xatırladaq ki, Sxadadze ötən ildən "Qəbələ"ni çalışdırır. 


Son xəbərlər