"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var

"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var
DÜNYA FUTBOLU 17 Dekabr 2025 / 20:54 374
-  A +

"Barselona" "Ayntraxt"dan stadiona dəyən zərər üçün 6 min avro tələb edib.

QOL.az xəbər verir ki, bu barədə İspaniyanın "RAC1" nəşri məlumat yayıb. Hadisə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda, “Barselona” - “Ayntraxt” (2:1) matçı zamanı baş verib. 

Məlumata görə, qonaq komandanın azarkeşləri onları yerli azarkeşlərdən ayıran hasarın bir hissəsini sındırıb, oturacaqlara ziyan vurublar. Bundan əlavə, almanların 7 tüstü bombası yandırdığı, həmçinin "Barselona" azarkeşlərinə tərəf içərisində spirtli içki atdığı vurğulanır. Nəticədə stadiondakı atmosfer olduqca gərginləşib.

Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsində 6 oyundan sonra 10 xal toplayan "Barselona" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Aktivində 4 xalı olan "Ayntraxt" isə cədvəlin aşağı pillələrində yer alıb.


Son xəbərlər