“Nəriman həddindən artıq tənqid olundu. Sanki meydanda (“Qarabağ” – “Ayaks” -red.) olan təkcə Nəriman olub. Başqalarının səhvləri görünmədi. Ümumi olaraq “Qarabağ” yaxşı oynadı, amma səhv edən, top itkilərinə yol verən digər oyunçular idi”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin son günlər çox tənqid olunmasına münasibət bildirən veteran futbolçu qeyd edib ki, belə istedadlı oyunçuları qorumaq lazımdır:
“Nəriman hazırda Azərbaycanda tək-tük hücumçulardandır. Onsuz da Azərbaycanda getdikcə yaxşı futbolçuların kökü kəsilir. Hamı legionerə üstünlük verir. Biz isə Nərimanı batırırıq, yox etməyə çalışırıq. Hansı ki, bu cür futbolçuların qədrini bilmək lazımdır. Azarkeşləri də başa düşürəm. Mən özüm də “Qarabağ” “Ayaks”a uduzanda çox dilxor oldum. Bilirəm ki, azarkeşlər də yandığından o sözləri deyir. Amma komandada təkcə Nəriman oynamırdı”.
Hazırda “Araz-Naxçıvan”da məşqçilər korpusunda yer alan İsmayılov özünün də futbolçu dönəmində müəyyən vaxtlarda çox tənqid olunduğunu xatırladıb və gənc hücumçuya məsləhətlərini verib: “Nərimanın özü də möhkəm olmalıdır. Sosial şəbəkələrdən uzaq durmalıdır, çox şeyi oxumamalıdır, öz məşqlərinə fikir verməlidir. Məni də çox tənqid edirdilər, amma sosial şəbəkələrdə olmadığıma görə heç nəyi görmürdüm. Hərdən bu barədə komanda yoldaşlarım mənə danışırdı. Amma mən onları görmədiyimə görə öz işimdə idim. Hamının fikrinə də hörmətlə yanaşırdım”.
Ə.İsmayılov onu da qeyd edib ki, Nəriman Axundzadə yaxın illərdə futbolda öz sözünü deyəcək: “Nəriman bir futbolçu kimi yüksək keyfiyyətlərə malikdir. İnsan kimi də sevilən, səmimi biridir. İnanıram ki, əsl Nərimanı üzümüzə gələn illərdə görəcəyik. Heç nəyə fikir verməməlidir. Əslində bunu deməyimizə ehtiyac yoxdur. Onun yanında Qurban Qurbanov kimi baş məşqçisi var. Bizim hamımızı yetişdirən Qurban müəllim olub. Özüm də bu yolu keçdiyimə görə məsləhətim odur ki, işi ilə məşğul olsun. Hər şey arxada qaldı. Nəriman çempionat oyununda da qol vurdu. Hazırda Nəriman Azərbaycanın ən güclü hücumçularından biridir. Yaxın gələcəkdə isə onun yerinə legioner gəlməyəcək. Kimliyindən asılı olmayaraq legioner hücumçunu ehtiyat oyunçular skamyasında oturdacaq".
Ramiq Ağaməmmədov
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər